RU
Nazarbayev sərəncam imzaladı - Baş nazir və MTN nazirini istefaya göndərdi
14:40
457

Nazarbayev sərəncam imzaladı - Baş nazir və MTN nazirini istefaya göndərdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu gün imzaladığı sərəncamla baş nazir Karim Masimov istefaya göndərilib.

7News.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Masimov ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, bu gün Rusiya mətbuatı da Qazaxıstan baş nazirinin istefaya göndəriləcəyi ilə bağlı məlumat yaymışdı.

Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Jumakanov isə prezidentin məsləhətçisi təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ