Qazaxıstan prezidenti Nursultan Nazarbayev iyulun 18-də Almatı şəhərində naməlum şəxslərin polis əməkdaşlarına hücumu ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Almatı şəhərində naməlum şəxslərin polis bölməsinə və Milli Təhlükəsizlik Komitəsinin yerli departamentinə basqını nəticəsində 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub, 14 nəfər isə yaralanıb.








