Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana oktyabrın 12-də rəsmi səfər edəcək.
7News.Az KazTAQ-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Natiq Əliyev Astanada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın 13-cü iclasında bildirib.
N.Əliyevin sözlərinə görə, Azərbaycan və Qazaxıstan prezidentləri arasında qardaş münasibətlər iki müstəqil dövlətin "bütün siyasi, iqtisadi dostluq əlaqələrinin əsaslandığı sütundur”.








