RU
Nazarbayevin qardaşı oğlu həbs olundu
13:15
275

Nazarbayevin qardaşı oğlu həbs olundu

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını iki ay müddətinə həbs edib. 

7News.Az "TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin Mətbuat xidməti yayıb.

Xatırladaq ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları martın 13-ü Kayrat Satıbaldıulını vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsində şübhəli bilərək saxlayıb.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki "Əmanət” partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ