RU
Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat
13:30
60

Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi dəyişib. 

 Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə 2011-ci ildən sözügedən vəzifədə çalışan daxili xidmət polkovniki Şirinov Vüqar Fazil oğlu vəzifəsindən azad olunub və təqaüdə göndərilib. 

Digər əmrlə Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ