"150 min müəllimi olan sistemin il ərzinmdə 15 min vakansiyası ola bilməz”.
7NEWS.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.
"Bizim 46 930 namizədimiz var 7700 vakant yerimiz var. Bu o deməkdir ki təxminən 40 minə yaxın insana "yox” cavabı verməliyik”.
Nəzərə almaq lazımdır ki ali təhsil müəssisələrində və özəl təhsil müəssisələrində müəllimlər çalışır və ya pedaqoji təhsili alanlar bu sahədə çalışmır.
Burada başqa bir məsələ coğrafi paylanmadır. Amma Biz bütün Azərbaycan ərazisindəki şagirdlərimizə eyni yanaşırıq çalışıq ki, onları müəllimlərlə təmin edək”.
7NEWS.Az








