RU
Nazir Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçildi
21:28
1138

Nazir Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçildi

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının diplomunu S.Müslümova təqdim edib.

Ə.Canəhmədov bildirib ki, Beynəlxalq Mühəndislik Akademiyası mühüm elmi əhəmiyyətli araşdırmaları və nailiyyətləri ilə seçilən, eyni zamanda elmi nailiyyətlərin praktik tətbiqinin genişlənməsinə dəyərli töhfələr verən elm xadimlərini daim öz sıralarına cəlb edir. Bu baxımdan iqtisad elminə töhfələrinə, elmi nailiyyətlərin sosial-iqtisadi sferada səmərəli tətbiqində xidmətlərinə görə iqtisad elmləri doktoru, professor S.Müslümovun Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilməsi barədə qərar qəbul olunub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ