RU
Nazir: “Bosniya və Herseqovina yalnız 5 min miqrant qəbul edə bilər”
23:38
557

Nazir: “Bosniya və Herseqovina yalnız 5 min miqrant qəbul edə bilər”

“Bosniya və Herseqovina 5 min miqrant qəbul edə bilər, lakin sonra sərhədlərini bağlayacaq”.

Bunu Bosniya və Herseqovinanın Təhlükəsizlik naziri Draqan Mektiç bildirib.

“Qonşu ölkələr sərhədlərini bağladığı halda, çox güman ki, qaçqınlar Bosniya və Herseqovinaya üz tutacaq. Bu səbəbdən biz əvvəlcədən bildiririk ki, gücümüz nəyə çatır”, deyə D.Mektic bildirib.

Onun sözlərinə görə, Bosniya və Herseqovina Avropa İttifaqı ölkələrinə keçən miqrantlar üçün tranzit ölkə olmağa hazırdır. “Hələ ki, Bosniya və Herseqovina sərhədində miqrant və qaçqın yoxdur”, D.Mektic əlavə edib./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ