RU
Nazir Deyvid Volpeni qəbul etdi
19:29
319

Nazir Deyvid Volpeni qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Sinay sinaqoqunun ravvini Deyvid Volpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

7news.az-ın məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən dinc yanaşı yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib.

Elmar Məmmədyarov Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını deyərək, ölkəmizin milli təcrübə əsasında mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə ardıcıl siyasət yürütdüyünü və mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında məlumat verərək, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və etnik nifrət siyasəti haqqında danışıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ