RU
Nazir:
16:35
556

Nazir: "“Ermənistana xas davranışla regionda sülhü təmin etmək çətin görünür”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend-in suallarını cavablandırıb:

- Ermənistanın xarici işlər naziri dünən keçirdiyi mətbuat konfransında yenə də Azərbaycana qarşı yalan və böhtanlarla çıxış edib. Bunu necə şərh edərdiniz?

- Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar prosesinin mahiyyətini təhrif edir. Onun ikrah doğuran təhqiramiz açıqlamaları həm də ziddiyyətli xarakter daşıyır. Bunlar yalnız daxili istehlaka yönəlmiş militarist və aqressiv bəyanatlardır.

Bu əsassız ittiham və böhtanlarda regionda sülhün təmin olunması, regionun gələcək inkişafı və münaqişənin həlli perspektivləri ilə bağlı bir dənə də olsun pozitiv fikir yoxdur.

Sağlam məntiqdən kənar olan bu kimi emosional və destruktiv açıqlamalar qəsdən vəziyyətin gərginləşdirilməsi, gərginlik fonunun yaradılması və nəticə etibarilə danışıqların pozulması cəhdlərinə xidmət edir. Ermənistanın siyasi rəhbərliyinə xas olan bu kimi destruktiv baxış və davranışla regionda davamlı sülhü təmin etmək və münaqişənin həllinə nail olmaq çox çətin görünür.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ