"İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır".
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir:
"Ermənistan tərəfindən təqdim olunmuş yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da çox artan acı faciələrin qarşısını ala bilərik".
7NEWS.Az







