Suriya Prezidenti Bəşər Əsədin taleyini yalnız xalq müəyyən etməlidir.
7news.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər naziri Vanq Yi deyib.
Pekində səfərdə olan suriyalı həmkarı Vəlid Müəllimlə keçirdiyi görüşdən sonra Vanq Yi bildirib ki, bu məsələdə onların mövqeyi aydındır: “Suriyanın və hökumətin taleyini, o cümlədən, Əsədin gələcəyini xalq müəyyən etməlidir”.
Qeyd edək ki, Qərb ölkələri Əsədin hakimiyyətdən getməsini tələb edir.
7news.az








