RU
Nazir görüş keçirəcək
21:57
1008

Nazir görüş keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

7news.Az xəbər verir ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar martın 28-dək Ağcabədi (050-515-29-00), Beyləqan (055-743-12-12), Biləsuvar (050-504-44-22) və İmişli (050-635-66-49) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ