RU
Nazir idmançının medalının əlindən alınmasından danışıb
21:00
590

Nazir idmançının medalının əlindən alınmasından danışıb

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb.

Gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı konfransda bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.

Konfrans zamanı nazir Azad Rəhimovun da çıxışı olub: "Əziz dostlar, idmançı illərlə Olimpiya oyunlarına hazırlaşır. O, bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınması bildirilir. Bu, idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyiq”./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ