RU
Nazir istefaya göndərildi
11:08
1660

Nazir istefaya göndərildi

Panamanın səhiyyə naziri Xavyer Terrientes A(H1N1) virusu ilə bağlı istefaya göndərilib.

7News.Az xəbər verir ki, hazırda ölkədə virus həyəcanı yaşanır. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, artıq bu xəstəlikdən ölənlərin sayı 29 nəfərə çatıb, 400-dən çox insan isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölkədə aprelin 22-dən 1,2 milyon adam xəstəliyə qarşı peyvənd olunub. Məsələ ilə əlaqədar bu ay səhiyyə naziri də istefaya göndərilib.

Qeyd edək ki, iyun ayının əvvəlində ölkədə epidemioloji həyəcan elan olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ