RU
Nazir keçmiş DYP rəisini post komandiri təyin etdi
12:10
166

Nazir keçmiş DYP rəisini post komandiri təyin etdi

Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.

7News.Az-ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 


Əmrə əsasən, Babək Dadaşov Zaqatala – Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.

Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ