RU
Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb
12:07
280

Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb

Mart ayında ölkədə dincəlmiş turistlərin sayı illik müqayisədə çox olub

7news.Az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 12,5% çox olub:

"Martda, təxminən, 13% artım olub. Novruz bayramına görə Azərbaycana xeyli sayda turist gəlib. Bayram münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu bir sıra tədbirlər keçirib. Şəhərdəki Novruz şənliklərində 1-1,5 mln. insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ