RU
Nazir məktəbli formasından danışdı
14:16
515

Nazir məktəbli formasından danışdı

""Ən yaxşı məktəb” və "Ən yaxşı müəllim” müsabiqələri məktəb və müəllimə yönəlmiş müsabiqələr idi. Onların formatı təkmilləşdirilib. Lakin bunların həyata keçirilməsi üçün qrant mexnaizmləri nəzərdə tutulub”.

7News.Az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov AZTV-ə müsahibəsində deyib. O qeyd edib ki, burada əsas məqsəd müəllim və məktəblərdən gözlədiyimiz təcrübə və metodik yanaşmaları geniş şəkildə bütün respublika ərazisində fəaliyyət göstərən məktəblərdə, regional və ya ixtisaslaşmış məktəblərdə tətbiq etməkdir: "Biz inanırıq ki, ən uğurlu layihə, metodikaları sürətli şəkildə bütün ölkədə tətbiq edəcəyik”.

Nazir həmçinin məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib. O qeyd edib ki, hər il hansısa təhsil müəssisəsi məktəbli formalarının dizaynını, yaxud formasını dəyişirsə, onda valideynlər də bu məsələni təbii ki, müzakirə etməlidir:

`Bu kimi məsələlərdə fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə, yerli təhsil idarələrinə və nazirliyə müraciət edilə bilər. Belə qərarların verilməsi konsorsium nəticəsi əsasında olmalı, müzakirələrdən keçməlidir`.

Nazir qeyd edib ki, məktəbli formasının tədbiqində əsas məqsəd hər kəs üçün bərabər imkanların yaradılmasıdır: "Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ