RU
Nazir Minsk Qrupunun həmsədrləri ilə görüşdü
11:45
350

Nazir Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

7News.Az xəbər verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik də iştirak edib.

Görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

Elmar Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ