RU
Nazir Misirin turizm üzrə nümayəndələri ilə görüşdü
22:10
1069

Nazir Misirin turizm üzrə nümayəndələri ilə görüşdü

Mayın 16-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri ilə görüşüb.

7news.Az xəbər verir ki, görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh, Misir turizm idarəsinin rəhbəri Əhməd Şokri, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub və digər rəsmi qonaqlar iştirak edib.

Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Nazir Azərbaycan və Misir arasında münasibətlərin inkişaf etdiyini bildirərək, turizm sahəsində də əməkdaşılığın vacibliyini qeyd edib: “İki ölkə arasında əməkdaşlıq münasibətləri yaxşı səviyyədədir. Bildiyimiz kimi Misir dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanınır. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı ola bilər”.

Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında pioritet istiqamətlərdən olduğunu vurğulayaraq, son bir neçə ildə bu sahədə böyük irəliləyişə nail olunduğunu qeyd edib: “İndi Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonapərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu sahənin inkişafı üçün görülən işləri davam etdiririk. Bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkələrin vətəndaşları isə elektron turist vizalarını qısa müddətdə əldə edə bilirlər”.

Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.

7news.Az

 

Nazir Misirin turizm üzrə nümayəndələri ilə görüşdü
Nazir Misirin turizm üzrə nümayəndələri ilə görüşdü

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ