RU
Nazir müavini: “Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür”
18:10
193

Nazir müavini: “Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür”

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə - Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisar ərazilərinə yönləndiriliblər”.

"Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hazırda həmin istiqamətlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürürlər:

"Burada yanğınların söndürülməsi işləri görülür. Qeyd edim ki, bu istiqamətdə bizim helikopter də fəaliyyətdədir”.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ