“Azərbaycan internetin sürətinin həcminə görə Cənubi Qafqazda liderdir”.
Bu gün ölkəmizin internet təminatında malik olduğumuz imkanlar azərbaycanlı istifadəçilərinin cari tələbatını ödəyir.
7News.Az xəbər verir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
“Azərbaycan bu gün təqribən saniyədə 500 qiqabitdən yuxarı qlobal şəbəkəyə çıxış imkanına malikdir. Bu, iki qlobal operator tərəfindən həyata keçirilir.
Ölkə daxilində ümumi internetin istifadə səviyyəsi təqribən saniyədə 150-170 qiqabit tutumundadır. Bu isə onu göstərir ki, hər istifadəçinin tələbatı bundan da yüksəkdir”, deyə nazir müavini deyib.
Nazir müavini deyib ki, biz internetin sürətinin az olduğunu dedikdə bu məsələyə kompleks yanaşmalıyıq:
“İnternetin sürəti isə bir çox məsələlərdən, istifadə olunan texnologiyalar, vasitələr, hətta primitiv səviyyədə evlərdə və ya başqa yerlərdə istifadə etdiyimiz modemin keyfiyyətindən, rabitə xətlərinin səviyyəsindən asılıdır. Biz internetin sürətinin bu gün az olduğunu dedikdə gərək bu məsələyə kompleks yanaşaq”.
E.Vəlizadə onu da deyib ki, Azərbaycan internetin sürətinin həcminə görə Cənubi Qafqazda liderdir:
“İTU təşkilatı ölkələrdə internetin vəziyyəti ilə bağlı son hesbatını açıqlayıb. Orda baxa bilərsiz ki, Azərbaycan internetin sürətinin həcminə görə, Cənubi Qafqazda birmənalı şəkildə liderdir. Həm surət, həm də mobil texnologiyaların genişzoloqlı internetin istifadəsi baxımından.
Ancaq bu cari vəziyyət bizi bir o qədər də qane etmir. Bilirsiz ki, Azərbaycan daha da inkişaf etmək, internetin daha da yüksək keyfiyyətli olması üçün addımlar atır”, deyə nazir müavini əlavə edib.








