Ölkəmizdə elektron kənd təsərrüfatı informasiya sistemi qurulub. Hər gün on minlərlə fermer qeydiyyatdan keçir. Hədəflənir ki, ilin sonuna kimi bütün fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində olsun.
7News.Az-ın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini bildirib ki, bizim fermerlərin internetə, sosial şəbəkələrə əlçatanlığı o qədər də çox deyil.
"Bunu qəbul etməliyik. Hazırda müasir dünyanın gedişatı, bir çox başqa amillər tələb edir ki, elektron alətləri bu sahədə də istifadə edək”, - deyə o əlavə edib.
7News.Az








