RU
Nazir müavininə bağlı şirkət xaricə valyuta ötürüb?
08:57
1174

Nazir müavininə bağlı şirkət xaricə valyuta ötürüb?

Azərbaycanda mühərrik və sürtkü yağları istehsal edən "Technoil” MMC cərimələnə bilər. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq. 

430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur./Qaynarinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ