RU
Nazir: “Müəllimlər haqlıdır, amma imtahan ədalətsiz olmayıb”
17:52
133

Nazir: “Müəllimlər haqlıdır, amma imtahan ədalətsiz olmayıb”

"Müəllimlərin İşə Qəbulu imtahanlarının məqsədi vakasiyaların doldurulması, müəllimlərin işlə təmin edilməsidir”.

7NEWS.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.

"Bizim üçün ədalətli imtahan odur ki, seanslar arasında nəzərə çarpacaq fərqlər yoxdur. 

Buarad birinci reallıq reallıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ikinci reallıq isə riyaziyyat ingilis dili fənləri ilə bağlıdır. Bu fənlər üzrə olan imtahanlar (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat) nisbətən asan hesab olunur, suallara daha asan cavab verirlər. Riyaziyyat və ingilis dili imtahanı verən müəllimlər isə haqlıdırlar ki, onlar imtahanın çətinliyindən narazıdırlar.

Burada siz haqlısınız. Tamamilə doğrudur ki, riyaziyyat və ingilis dili imtahanları bütün müəllimlər üçün mürəkkəb olub. Bu qətiyyən müıəllimlərin hazırlıqsızlığından xəbər vermir. Buarada böyük xətaya yol veririk. Şkala aşağı olsa da, riyaziyyatdan 46 bal yığmış müəllimlə ədəbiyyatdan 60 bal yığan müəllim müqayisə edilmir. Buna görə də müəllimlər baldan narahat olmasın. İmtahanlar ədalətsiz olmayıb. Paylanmalar bütün seanslar üzrə aşağı-yuxarı eynidir”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ