RU
Nazir polis polkovniklərinin yerini dəyişdi
11:56
300

Nazir polis polkovniklərinin yerini dəyişdi

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.

7News.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri olub. /MediaPost"

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ