RU
Nazir qayınatanı çıxardı, yerinə kürəkənini gətirdi
15:36
121

Nazir qayınatanı çıxardı, yerinə kürəkənini gətirdi

Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

7News.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazir AzTU-da prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.

Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ