RU
Nazir şöbə müdirini
14:51
889

Nazir şöbə müdirini

Mikayıl Cabbarov əmr imzalayıb.

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.

7News.Az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. 

O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ