RU
Nazir və Hesablama Palatası “Azərtoxum” MMC-ni yoxlaya bilər - Şok ittihamlar
10:40
2118

Nazir və Hesablama Palatası “Azərtoxum” MMC-ni yoxlaya bilər - Şok ittihamlar

"Azərtoxum” MMC barəsində yeni ittihamlar meydana çıxıb. Şirkətin fəaliyyəti ilə bağlı ağılasığmaz iddialar var

7News.az xəbər verir ki,
 bu faktları Kənd Təsərrüfatı Nazirliyi, Hesablama Palatası tərəfindən araşdırılmasına zərurət yaranıb. 

Yer alan məqamlar təsdiqini taparsa MMC rəhbərliyi barəsində tədbir görülə bilər. Hətta firma sahiblərinin məsuliyyətə cəlb olumnası da istisna edilmir. 
KTN və Hesablama Palatasının yoxlamaları zamanı "Azərtoxum” MMC-də nələr baş verdiyi aydınlaşdırılacaq. 

Bundan əlavə, prezident dəfələrlə sahibkarların işləməsinə əlverişli imkan yaradılmasını tapşırıb. Həmçinin, iş adamları 2 illik vergidən azad olunub. Amma görünür ki, "Azərtoxum” MMC rəhbərliyi dövlət başçısının tapşırıqlarına qarşı gedərək öz istəklərini reallaşdırır. 

Sahibkar Arif Süleymanovun mətbuatda tirajlanan faktları insanı diksindirir. İş adamı "Azərtoxum” MMC-nin nələr etdiyini açıqlayıb. 

Bəlli olur ki, nazir Heydər Əsədovun və Palata sədri Vüqar Gülməmmədovun yoxlamalar barəsində göstəriş verməsinə zərurət var. Belə ki, sahibkarın şikayəti qafqaznews.az-da dərc olunub. 

A.Süleymanovun sözlərinə görə, "Azərtoxum”la arasında olan müqavilə əsasında, onun icarəyə götürdüyü 200 ha torpaq sahəsinin 69 hektarlıq hissəsində qarğıdalı əkilib, lakin keyfiyyətsiz toxumlar ucbatından 43 min manat xərc çəkən sahibkar cəmi 3 min manatlıq məhsul götürə bilib.

A.Süleymanov qeyd edib ki, "Azərtoxum” nümayəndələri 100 ton qarğıdalını özləri aparıblar, ona isə 11 ton 700 kiloqram zay məhsul çatıb. Onun ittiham etdiyi şəxslər Məzahir Qasımov və Zeynal Əliyev isə bildirmişdilər ki, günah A.Süleymanovun özündə olub. 

Məzahir Qasımovla yanvarın 9-da olan telefon söhbətini oxucuların diqqətinə çatdırırıq: "Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, "nə istəyirsiz yazın” deyə bağırmağa başladı.

"Məzahir müəllim, mən hələ sual verməmişəm axı… "Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. "Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. 

"Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, "Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi.

"Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. "Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, - deyə izah elədik. 

"Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, "Belə çıxır ki, "Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, - deyə maraqlandıq. 

"Ayə, qurtarın qardaş” deyən” Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz "oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz "gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı.

Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları "sırıyıb”, əkinə inandırıb. "Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. "Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə… Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. 

"Məzahir müəllim, o "nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar "şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq. Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: "Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. 

Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq. Xatırladaq ki, Z.Əliyev özünün "Azərtoxum”a aidiyyatı olmadığını, amma rəhbərlik etdiyi "Azəryem” vasitəsilə İsveçrədən "Pioneer” toxumları gətirdiyini demişdi.

Yanvarın 10-da A.Süleymanov M.Qasımov və Z.Əliyevin sözlərini belə şərh edib: 

"Məzahir müəllimin mənə görə şirkətə 70 min manat ziyana düşməsi barədə fikrinə münasibət bildirirəm ki, şirkətin mühasibatlığının mənə təqdim etdiyi xərc cədvəlinə görə şirkət 69 ha sahəyə 45984.98 manat xərcləyib, əvəzində isə 100 ton məhsul götürüb. 

Yəqin ki, mənim ona təqdim etdiyim 200 ha sahənin sənədindən də bəhrələnməmiş olmaz. Artıq şübhə yaranır ki, öz sənədləşdirmələrində bəzi rəqəmləri çox şişirdiblər. Bu da onların mənə təqdim edikləri xərc cədvəlindəki xərcin çox hissəsinin ödənilməsidir.

Görəsən, "bizə 70 min zərər dəyib” deyəndə Məzahir Qasımov nəyi nəzərdə tutur? Bəlkə, öz rəhbərliyini aldatmaq istəyir? Zeynal müəllimə isə demək istəyirəm ki, mən onun işçilərinin əməlləri barədə ona həqiqəti dediyimə görəmi mənim əməllərimi dələduzluq adlandırır? 

Zeynal müəllim isə deyir ki, guya məni yanından qovub. Halbuki, mənimlə görüşündə məsələnin həlli üçün kömək edəcəyini vəd etmişdi. Belə çıxır ki, sahibkarları və dövləti aldadaraq, istədiklərini edə bilərlər?

Təkcə mənim tarlamda onlar toxumdan 23 min manat "qənaət” ediblər. Bu "qənaət” şirkətin hesabına gedir, yoxsa, onların şəxsi cibinə? Mənim kimi xeyli sahibkar var ki, "Azərtoxum” toxumların və xərclərin qiymətini hesablayarkən, maxinasiyalara əl atır, yazılı zəmanət vermir, qanuna zidd gedərək, toxumla bağlı müqavilə bağlamırlar. Onlar "xeyrinə şərik” olacaqları müqavilə bağlayır, onu da pozurlar. Digər tərəfdən, mən toxumun sertifikatını istədikdə təqdim etmədilər.

Bir çox sahibkara sertifikatı göstərmirlər. Məzahir Qasımovun dediyi "1 hektardan 10 ton məhsula zəmanət verirəm” sözləri isə ancaq boş sözlərdir. 

Çünki o, öz sözünə sahib çıxa bilmir. Mən "Azərtoxum”un rəhbərliyinə də öz hüquqlarını yadlarına salaraq xatırlatmaq istərdim ki, onlara keyfiyyətsiz toxum satan şirkəti məhkəməyə verməklə hər iki tərəfə dəymiş ziyanı ödətmək olar. 

Ancaq maraqlı tərəf ondadır ki, onların toxumu hansı şirkətdən aldıqları deyəsən yadlarından çıxıb. Belə ki, Məzahir müəllimin bizə "ABŞ istehsalıdır” dediyi toxum kisələrinin üzərinə "Adana, Turkey” yazılan və 2014-cü ilə aid olduğu göstərilən "nakleyka” yapışdırılıb. Bu videoda da görsənir.

Zeynal müəllim isə,həmin toxumların İsveçdən onun tərəfindən gətirildiyini deyir. Məndə olan məlumatlara görə, isə 2015 və 2016-cı illər ərzində Azərbaycan gömrük məntəqələrindən "Azərtoxum” şirkətinə qarğıdalı toxumu daxil olmayıb. 


Maraqlı cəhətlərdən biri də odur ki, biz ilk işə başlayanda Məzahir Qasımov Azil adlı aqronomu şirkətin mütəxəssisi kimi təqdim etmişdi. Lakin sonrakı danışıqlarında nə Məzahir müəllim, nə də Zeynal müəllim onu mütəxəssis kimi qəbul etməyərək, "O nə vaxtın mütəxəssisidir” deyirlər”.

A.Süleymanov qeyd edib ki, bazar iqtisadiyyatı olan bütün ölkələrdə hansısa şirkətdən toxumu alıb sahibkarlara satan şirkətlər şikayətləri qeydə alır, "birinci əl” olan şirkətə təqdim edir və izahat tələb edirlər: 

"Lakin "Azərtoxum”un sahibkarlara "sırıdığı” toxumlar o qədər əldən keçir ki, özləri də bilmir ki, keyfiyyətsiz toxuma görə, kim məsuliyyət daşıyır. Ya da bilirlər, sadəcə məsuliyyət daşımaq onlara sərf eləmir. 

Dövlət başçısı toxum gətirilməsi üçün 2008-ci ildə 33 milyon manat, keçən il isə 12 milyon manat vəsait ayırıb. Əgər bu vəsaitin necə xərclənməsiylə bağlı araşdırma başlansa, çox faktlar üzə çıxacaq”.

Biz yenidən Zeynal Əliyevlə əlaqə saxladıq. Bu dəfə Z.Əliyev toxumların nə "Azərtoxum”, nə də "Azəryem” tərəfindən gətirilmədiyini bildirdi. "Toxumları mən özüm gətirirəm. Keçən il 100 vaqon toxum gətirmişəm”, – deyə Z.Əliyev bildirdi. 

"Siz, yəni, fərdi olaraq, yoxsa, hansısa təşkilat və ya şirkət?” – deyə dəqiqləşdirmək istədik. "Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq İdarəsi var… Onların xətti ilə gətirdirəm. Toxumu müxtəlif şirkətlərə, sahibkarlara, o cümlədən "Azərtoxum”a verirəm”, – deyə Z.Əliyev cavab verdi.

Biz ondan sahibkarlara sertifikat göstərilib-göstərilmədiyini soruşduq, belə cavab aldıq: "Yox, göstərilmir, çünki buna ehtiyac yoxdur”. Arif müəllim istəyir, zavodda sertifikatın kopyasını götürüb baxsın”. 

O vurğuladı ki, "Azərtoxum”la heç bir əlaqəsi yoxdur: "Əgər sahibkarın "Azərtoxum”la problemi varsa, gedib zavodda məsələni ayırd etsinlər. Mən də dost kimi çalışaram ki, bu məsələ həllini tapsın. Tapmasa, hüquq mühafizə orqanları var, məhkəmə var”.

Zeynal Əliyev özünü nə qədər "kənar şəxs” kimi qələmə versə də, bir müddət sonra əməkdaşımıza zəng edən Məzahir Qasımov tamam başqa şey dedi. 
"Dünəndən mənim müdirimə zəng edirsiniz… Bəli, Zeynal müəllimi deyirəm… Qardaş, mən yaxşı kişiyəm, sən də yaxşı oğlana oxşayırsan, gəl dost olaq”, – deyə M.Qasımov bildirdi. //politika.az

Bütün bu məqamlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq. 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ