RU
Nazir xalq şairinə “Şərəf” ordenini təqdim etdi
23:12
709

Nazir xalq şairinə “Şərəf” ordenini təqdim etdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq Şairi Fikrət Qocaya verilmiş “Şərəf” ordeninin təqdimat mərasimi keçirilib.

7news.az  xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirinin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev Fikrət Qocaya “Şərəf” ordeninin verilməsinin şairin oxucuları tərəfindən böyük sevinc hissi ilə qarşılandığını bildirib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin təbriklərini və “Şərəf” ordenini Fikrət Qocaya təqdim edib.

Şairin qələm dostları Xalq Yazıçısı Anar, Xalq Şairi Zəlimxan Yaqub da Fikrət Qocanı təbrik ediblər.

7news.az

 

Nazir xalq şairinə “Şərəf” ordenini təqdim etdi - Foto
Nazir xalq şairinə “Şərəf” ordenini təqdim etdi - Foto
Nazir xalq şairinə “Şərəf” ordenini təqdim etdi - Foto
Nazir xalq şairinə “Şərəf” ordenini təqdim etdi - Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ