Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Tbilisi şəhərində 2016-cı ilin 8 dekabr tarixində başlamış "Yaradıcı Gürcüstan” Forumunda iştirak edir.
7news.Az xəbər verir ki, iki gün davam edəcək Forum Gürcüstanın Mədəniyyət və abidələrin qorunması Nazirliyi və Avropa İttifaqı tərəfindən birgə təşkil olunub.
Forumun açılışında Gürcüstanın Mədəniyyət və abidələrin qorunması naziri Mixeil Giorqadze, Təhsil və elm naziri Aleksander Jejelava, Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman və digərləri çıxış edib.
Nazir Əbülfəs Qarayev "Yaradıcı sənayelərin inkişafında sərhədsiz əməkdaşlıq” adlı 1-ci Regional sessiyada iştirak edərək müxtəlif suallara dair müzakirələrə qatılıb.
Yaradıcılığın inkişafının nəinki mədəniyyətin, eləcə də iqtisadiyyatın, turizmin və bir çox digər sahələrinin inkişafında rolunu qeyd edən Nazir, Azərbaycanda bu sahədə görülən işlərdən danışıb.










