RU
Nazir:
18:33
177

Nazir: "Yaxın günlərdə məktəblərin açılacağı məsələsinə aydınlıq gətirməyə çalışacağıq"

"Çalışacağıq ki, yaxın günlərdə növbəti tədris ilində məktəblərin açılacağı məsələsinə aydınlıq gətirək”.

7NEWS.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir MİQ müsabiqəsində vakansiyaların açıqlanacağı vaxtı da bildirib: "Bütün fənlər üzrə vakansiyalar bu gün və ya sabah açıqlanacaq”.

E. Əmrullayev Qarabağ bölgəsi üçün vakant müəllim yerlərinin sayı barədə sualı da şərh edib: "Qarabağda vakant yerlərin sayını bilən kimi deyəcəyik”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ