RU
Nazirə velosiped qadağası: Həyatı təhlükə
13:15
477

Nazirə velosiped qadağası: Həyatı təhlükə

London polis xidməti Böyük Britaniyanın yeni Xarici işlər naziri Boris Consona terror təhdidi ilə əlaqədar şəhər küçələrində velosiped sürməyi qadağan edib.


Bu barədə 7News.Az Rusiya KİV-nə istinadən xəbər verir. 

Məlumata görə, Boris Conson adətən Tauer körpüsü yaxınlığında yerləşən meriya və başqa məkanlara velosipedlə gedirdi. O, bu ənənəni xarici işlər naziri seçildikdən sonra davam etdirmək istəyib. 

Nazirin dostu "The Sun” qəzetinə bildirib ki, qadağa nazirin qəzəbinə səbəb olub, lakin polislər fikirlərindən dönməyiblər. Belə ki, nazir üzdən tanındığı üçün çox asan hədəfə çevrilə bilər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ