"Aleksey Ulyukaevin həbsi ölkə və hökumət üçün qeyri-adi hadisədir”.
7news.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri baş nazir Dmitri Medvedev hökumətin açıq iclasında deyib:
"Nazir Ulyukaev etibarını itirdiyi, ona rüşvət almaqla bağlı ittiham irəli sürüldüyü üçün işdən çıxarılıb. Əlbəttə, hökumət və hakimiyyət üçün, ümumilikdə ölkə üçün bu, qeyri-adi hadisədir”.
Baş nazir yaranmış situasiyanı prezident Putinlə də müzakirə etdiyini vurğulayıb. Medvedev, həmçinin qanun qarşısında hər kəsin eynihüquqlu olduğunu deyib.
7news.Az








