İngiltərənin İctimai İşlər və Hökümət naziri olan Domini Raabın 20 yaşlı katibəsinin varlı şəxslərlə pul qarşılığında cinsi əlaqəyə girdiyi məlum olub.
Məsələni dəqiqləşdirmək üçün "Daily Mirror” qəzetinin jurnalistləri müştəri qismində gənc qızla əlaqə qurublar.
Bu zaman gənc katibə jurnalistlərə sadəcə beş ulduzlu oteldə görüşəcəyini deyib. Lakin o, bu işi nazirin stolu üstündə də edə biləcəklərini söyləyərək, bunun müqabilində əlavə pul tələb edib.
Qadın müştərilərinə nazirin hər addımını təqib etdiyini və istədiyi zaman onu şantaj edə biləcəyini də deyib. Məsələ ilə bağlı təhlükəsizlik tədbirləri görən nazirlik faktla bağlı araşdırma başladıb.










