İran, Azərbaycan və Rusiya XİN rəhbərlərinin Bakıda keçirilən görüşündə ilk növbədə nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb.
7News.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən mətbuat konfransında bildirib.
XİN rəhbərinin sözlərinə görə, nazirlərin görüşündə tərəflər mədəniyyət siyasət, sosial və ekstremizmlə birgə mübarizə məsələləri müzakirə edilib.
`Bu, ümumilikdə ölkələrimizə və regiona təsir edəcək. Aprelin 20-də Astara-Astara dəmiryolunun əsasının qoyulması ilə bağlı təntənəli mərasim keçiriləcək`.








