RU
Nazirlər Kabineti təsnifatda dəyişiklik etdi
18:07
1227

Nazirlər Kabineti təsnifatda dəyişiklik etdi

Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

7news.Az xəbər verir ki, kabinetdən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi “İnzibati orqanların Təsnifatı”na əlavə edilib.

Bu dəyişiklik “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 594 nömrəli fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ