Gələn il Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq.
7news.Az Report-a istinadən xəbər verir ki, bu, Azərbaycanın 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb.
Belə ki, növbəti il Nazirlər Kabinetinə 8 milyon 380 min 601 manat ayrılacaq. Bu, 2017-ci ildəki vəsaitdən 1 milyon 543 min 51 manat azdır.
7news.Az








