RU
Nazirlər kabinetinin toplantısı - 8 saat davam etdi
12:23
556

Nazirlər kabinetinin toplantısı - 8 saat davam etdi

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Nazirlər kabinetinin toplantısı gecə saatlarında başa çatıb.

8 saat davam edən gərgin müzakirələr bağlı qapılar arxasında həyata keçirilib. Danışıqların təfərrüatları haqda geniş məlumat verilməyib. Toplantıdan sonra jurnalistlərin qarşısına çıxan baş nazirin müavini Numan Kurtulmuş müzakirə olunan məsələlər haqda ictimaiyyəti məlumatlandırıb. O bildirib ki, Nazirlər Kabinetinin toplantısında FETO terror təşkilatının Türkiyədəki qollarının və himayədarlarının tam zərərsizləşdirilməsi, FETO-nun lideri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə gətirilməsinin təşkil olunması və onun bu ölkədə mühakimə olunması geniş müzakirə edilib.

Türkiyədə ölüm hökmünün bərpası məsələsi də götür-qoy edilib. Amma, bu məsələnin həllinin yalnız parlamentdə mümkün olduğu qətiləşdirilib. Nazirlər həmçinin konstitusiyada bəzi dəyişikliklərin mümkünlüyünü də dilə gətiriblər. Hələ ki, bunların hansı maddələr olduğu haqda məlumat verilmir.

Toplantı zamanı PKK terror təşkilatına qarşı aparılan əməliyyatların gedişatı da müzakirə olunub. Türkiyənin şərqində əməliyyatların  daha da intensivləşdirilməsi və sərhəd ərazilərdə nəzarətin gücləndirilməsi qərara alınıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ