RU
Nazirlər toplanırlar
18:18
933

Nazirlər toplanırlar

Türkiyədə Nazirlər Kabinetinin növbədənkənar iclası keçiriləcək.

7News.Az Trend-ə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas bu gün yerli vaxtla saat 18:00-da baş tutacaq.

İclas iştirakçıları hərbi çevrilişə cəhddən sonrakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ