RU
Nazirlik əməkdaşları ötən sutka beş nəfəri xilas edib
19:45
2283

Nazirlik əməkdaşları ötən sutka beş nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən qeyri-çimərlik sahədə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, yanğınlar zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ