RU
Nazirlik qadının keçmiş əri tərəfindən döyülməsi şikayətinə münasibət bildirib-FOTO
11:03
138

Nazirlik qadının keçmiş əri tərəfindən döyülməsi şikayətinə münasibət bildirib-FOTO


DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional 
qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Ləman Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi və qadının şikayətinin baxılmaması məsələsinə münasibət bildirib.7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata görə,  açıqlanan məlumatda bildirilib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə  şəhər sakini Ləman Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə əlaqədar şikayətinə baxılmaması barədə məlumat dərc edilib.

"Vətandaş L. Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) müraciət edərək keçmiş həyat yoldaşı-İlham Verdiyev  tərəfindən döyülməsi barədə məlumat verib. Müraciət ilə bağlı RPİ-nin əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülərək araşdırmalar aparılmış və Cinayət Məcəlləsinin(CM) 128-ci maddəsi  (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılaraq baxılması üçün Gəncə ŞBP-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Araşdırmalar zamamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib. Belə ki,o,  CM-nin 157-ci maddəsi( Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinmiş və sözü gedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanuna müvafiq qərar qəbul ediləcək"- deyə E.Qasımov qeyd edib.
 
No description available.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ