RU
Nazirlik rəisi 6 min
14:17
1002

Nazirlik rəisi 6 min

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, şikayəti qurumun əməkdaşları yerində araşdırıb.

Araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6000 manat məbləğində cərimə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ