RU
Nazirlik rəsmisi: “Qarabağdakı yataqların talan edilməsinə xarici şirkətlər və investorlar köməklik edib”
16:07
213

Nazirlik rəsmisi: “Qarabağdakı yataqların talan edilməsinə xarici şirkətlər və investorlar köməklik edib”

"30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərdə olan yataqları talan edilib”.

7News.Az-ın müxbirinin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, təəssüf ki, ermənilər işğal altında olmuş ərazilərimizdə ətraf mühitə ziyan vurmaqla yanaşı, yeraltı xammal ehtiyatlarına da süni şəkildə ziyan vurublar:

 

"Ən acınacaqlı hal odur ki, bu işlərdə erməni işğalçılarına xarici şirkətlər və investorlar böyük köməklik göstərib”.

O əlavə edib ki, ermənilər yeraltı və yerüstü sulara da ciddi ziyan vurublar:

"Hazırda müvafiq komissiya hər bir yatağın ayrı-ayrılıqda diaqnostikasını həyata keçirməklə qiyməyləndirmə aparır. Bunun nəticəsində dəyən ziyan müəyyən ediləcək. Proses nəticəsində qalıq ehtiyatlar və regionda yeni perspektivlər müəyyən ediləcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ