Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bir sıra şou-biznes nümayəndələrinin gəlir vergisini ödəməkdən yayınma halları ilə bağlı məsələyə münasibət bildirib.
A.Musayev 7news.Az-a açıqlamasında deyib ki, vergidən yayınanlarla bağlı lazımı tədbirlər görülür və bundan sonra da görüləcək:
"Vergidən yayınma halları təkcə şou-biznesdə deyil, bütün sahələrdə olur. Ancaq bunun qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilir. Bu iş daimi olaraq aparılır”.
Bu ilin yanvarından qüvvəyə minən Vergi Məcəlləsinə yeni dəyişiklərlə bağlı məsələyə də toxunan A.Musayev əlavə edib ki, Vergi Məcəlləsində edilən yeni dəyişikliklərdə konkret rəqəmlər də göstərilib.
7news.Az








