Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin hazırlıq iclası davam etdirilib.
Vergilər Nazirliyi məhkəməyə müraciət edərək "Rabitə Mülki Tikinti" MMC-yə qarşı 255 min manatlıq mülki iddia qaldırıb.
Vəkil Vidadi Məmmədovun müdafiə etdiyi S.Hümbətov barəsində ev dustaqlığı seçilməsi haqda vəsatəti təmin edilməyib.
V.Zeynalovun vəkili müvəkkilinin prosesin sonunda çıxış etməsi vəsatət verib, baxılmamış saxlanılıb.
Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
Vidadi Zeynalov özünü təqsirli bilmədiyini deyib.
Məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək./qafqazinfo
7news.Az








