RU
Nazirlik supermarketləri niyə yoxlayır?
18:18
1329

Nazirlik supermarketləri niyə yoxlayır?

“Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronemetraj müşahidəsi təyin edilib.

Bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya xidmətindən məlumat verilib.

Bildirilib ki, bu tipli yoxlamalar Vergi Məcəlləsinə uyğun aparılır: “Məlum olduğu kimi, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib.

Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə mütəmadı olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır”./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ