“Dabaq xəstəliyindən iri və xırda buynuzlu mal-qaranın tələf olması haqda yayılan informasiyalar yalandır”.
Bunu 7news.Az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Nazirlik rəsmisi qeyd edib ki, ölkəmizdə A, O və Asiya 1 tiplərindən heyvanların tələf olması faktı qeydə alınmayıb.
“Sərhədyanı ərazilərdə və qeyd olunan Qubanın buduq kəndində heyvanların dabaq xəstəliyindən tələf olması informasiyaları əsassızdır və tamamilə yanlışdır. Bu barədə bir sıra kütləvi informasiya vasitələrində məlumat yayılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Qubanın Buduq kəndində olublar. Araşdırmalar aparılıb, proflaktik tədbirlər həyata keçirilib. Kəndin kənarına atılmış ölmüş heyvan cəsədindən və dabaq xəstəliyi iddia olunan bəzi heyvanlardan nümunələr götürələrək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Nəticələr açıqlanmadan heç kim iddia edə bilməz ki, hansı xəstəlik var”.
Y.Xanvəli qeyd edib ki, ölkəmizdə dabaq xəstəliyinə görə epizodik vəziyyət sabitdir və tam nəzarət olunur.
7news.Az








