Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclas fasilədən sonra davam etdirilib. Prosesdə bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqsirləndirilən şəxslərə qarşı 163 milyon manat mülki iddia qaldırıb.
Qeyd edək ki, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), MMC-nin baş mühasibi Səhrab Hümbətova, BTRİB-in keçmiş sədri Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyev və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov qeyd edilən maddələrdən əlavə 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə də təqsirləndirilirlər./qafqazinfo
7news.Az








