RU
Nazirlikdə korrupsiya ilə bağlı struktur dəyişikliyi edildi
20:36
536

Nazirlikdə korrupsiya ilə bağlı struktur dəyişikliyi edildi

İqtisadiyyat Nazirliyində yeni struktur bölmə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 4 oktyabr tarixli qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.

İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcək.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ